Əsasları kəşf et
Komponentin necə işlədiyini və sistemdə hansı rolu oynadığını öyrən.
EYROBOTXROBOTOTEXNİKA & MÜHƏNDİSLİKBaşlayaq ↗Texnologiyanı anlamaq, sınaqdan keçirmək və yeni bir şey yaratmaq üçün bir araya gəlirik.

EYROBOTX texniki təhsili və praktiki layihələri bir araya gətirir. Robototexnika, elektronika, proqramlaşdırma və 3D dizayna bir bütöv sistem kimi yanaşırıq.
Bir robotun hərəkətinin arxasında mexanika, elektron dövrə və kod dayanır. Təlimlərdə də bu əlaqəni əsas götürür, mövzuları kiçik tapşırıqlardan müstəqil layihələrə doğru qururuq.
Bizim üçün sual vermək, səhvi tapmaq və yenidən sınamaq öyrənməyin ayrılmaz hissəsidir.
EYROBOTX-un yaradıcısı
Robototexnika, elektronika və proqramlaşdırma üzrə təlim və layihələrlə məşğulam. Texniki bilikləri aydın izah etməyə və öyrənilənləri praktik işə çevirməyə önəm verirəm.
Komponentin necə işlədiyini və sistemdə hansı rolu oynadığını öyrən.
Kod yaz, dövrə qur, model hazırla. Nəticəni müşahidə edib təkmilləşdir.
Öyrəndiklərini birləşdirərək problemin üçün işləyən həll hazırla.
LEGO, Makeblock, Micro:bit və Arduino ilə mexanizm və idarəetmə.
C++, C# və Arduino ilə alqoritmdən işləyən proqrama.
Sensorlar, mühərriklər və elektron komponentlərdən vahid sistemə.
Tinkercad və Onshape ilə model, detal və prototip.
Təlim və ya layihən haqqında danışmaqla başlayaq.